Interposta.Info

Misir Şahquliyev cinayət məsuliyyətinə cəlb edildi (SƏBƏB)

Gündəm
 14-02-2024, 12:27     50 838

Vəkil Misir Şahquliyev cinayət məsuliyyətinə cəlb edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ittihamda Şahquliyevin dövlət hesabına müdafiə etdiyi müvəkkilindən qanunsuz olaraq pul aldığı deyilir.

İddia olunur ki, zərərçəkmiş şəxs ağır cinayətdə ittiham edilir. Gənc vəkil məhkəmədə onun işini yüngülləşdirəcəyinə söz verib.

M.Şahquliyevin bəlli yaşayış yerinin olması, istintaqdan yayınma ehtimalı görünmədiyi üçün istintaq dövrü müddətində barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İbtidai araşdırma davam edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26