Interposta.Info

"Təhsil Ekspertləri Mərkəzi" ni təsis etdik

Gündəm
 6-02-2024, 20:46     26 485

"Təhsil Ekspertləri Mərkəzi" ni təsis etdik.

"Təhsil Ekspertləri Mərkəzi" ölkəmizdə təhsil islahatları dövründə yaranan problemlərin meydana çıxma səbəblərini araşdırmaq, onların aradan qaldırılması ilə bağlı təhlillər, təhqiqatlar aparmaq, həmin problemlərin həlli ilə bağlı təkliflərlə çıxış etmək məqsədi ilə təhsil ekspertləri: Ilham Ahmedov , Məzahir Məmmədli , Sona Aliyeva , Kamran Əsədov Elşən Qafarov ,Vusal Karimli , Elçin Əfəndiyev , Elmin Nuri Adil Veliyev tərəfindən 06. 02. 2024 -cü il tarixində təsis edilmişdir.

"Təhsil Ekspertləri Mərkəzi" olaraq təhsil prosesinin tərəflərini, (təhsilverənləri, valideyinləri, təhsilalanları) ziyalıları, təhsil sahəsində QHT - ləri, təhsil idarəetmə orqanlarını, təhsil sahəsində araşdırmaçı mütəxəsisləri və KİV nümayəndələrini əməkdaşlığa dəvət edirik.

Mərkəz həm paytaxtda, həm bölgələrdə təhsil prosesini və problemlərini yaxından izləyəcək, təhsilin inkişafı üçün təkliflərini hazırlayıb təqdim edəcəkdir.

Həmçinin Mərkəz tərəfindən mütəmadi olaraq təhsil prosesinin iştirakçıları üçün təlimlər və dəyirmi masalar, müzakirə klubları təşkil olunacaqdır.

Əsas məqsəd təhsilin tərəflərini maraqlandıran məsələlərə yaxından dəstək verməkdir.

Hörmərlə, " Təhsil Ekspertləri Mərkəzi"nin təsisçiləri.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26