Interposta.Info

Jurnalist Səbuhi Məmmədlinin vəziyyəti yenidən pisləşdi, xəstəxana qəbul etmir

Gündəm
 12-01-2024, 11:22     40 039

urnalist Səbuhi Məmmədlinin vəziyyəti yenidən pisləşib.

Lent.az-ın məlumatına görə, jurnalist bu gün səhər saatlarında ağır vəziyyətdə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb. Lakin jurnalistin vəziyyəti ağır olduğu üçün xəstəxana onu qəbul etməyib. Bildirilib ki, o, reanimasiya şəraitində dialezə qoşulmalıdır və bu şərait həmin xəstəxanada yoxdur. Məsləhət görülüb ki, onu "Zəfəran" klinikasına aparsınlar.

Əlacsız qalan jurnalist "Zəfəran" klinikasına aparılıb. Həmin klinika da xəstəni qəbul etməkdən imtina edib.

Ailəsi jurnalisti yenidən Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirib.

TƏBİB-dən Lent.az-a bildirib ki, jurnalistə Respublika Klinik Xəstəxanasında ilkin yardım göstərilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26