Interposta.Info

Paytaxtda universitet şəhərciyi salınacaq

Gündəm
 8-01-2024, 09:34     22 675

Ölkənin ali təhsil mərkəzi olan Bakı şəhərində böyük universitetlərin və ya onların filiallarının bir əraziyə köçürülməsi ilə akademik mərkəz yaradılacaq.

"İnterPosta" xəbər verir ki bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Layihənin gələcəkdə şəhərin intellektual və istedad baxımından inkişafına təkan verəcəyi və təhsilin keyfiyyətini yüksəldəcəyi qeyd olunub.

Yeni universitet şəhərciyi şəhər alt-sisteminə yeni bir mərkəz əlavə edəcək və Mərkəzi Bakı ətrafındakı alt-mərkəzlərin inkişafını təşviq edəcək. Modellərə əsasən, bir neçə universitetin ixtisaslaşmış vahid bir şəhərcikdə yerləşdirilməsiyə yaxud mövcud universitetlərdən birinin tamamilə yeni bir yerə köçürülməsi mümkündür.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26