Interposta.Info

Vaqif Əsədovun yerinə TƏYİNAT - FOTO

Gündəm
 20-12-2023, 14:21     27 132


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində yeni təyinat olub.

"İnterPosta"nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, polis kapitanı Toğrul Nəsirli Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi təyin edilib.
Qeyd edək ki, adıçəkilən bölmənin əvvəlki rəisi polis polkovniki Vaqif Əsədov olub. O, yaş həddi ilə əlaqədar daxili işlər orqanlarından təqaüdə göndərilib. İndiyə qədər isə polis mayoru Araz Əsgərli həmin bölmənin rəisi vəzifəsini müvəqqəti icra edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26