Interposta.Info

Vilayət Eyvazov Vaqif Əsədovu təqaüdə göndərdi

Ölkə / Manşet
 13-06-2022, 21:29     429

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

"İnterPosta" məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Reklamınızı SmartBee ilə effektiv edin.
Əmrə əsasən, V.Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, V.Əsədov uzun müddətdir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi vəzifəsində çalışırdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26