Interposta.Info

Qurban Yetirmişlinin biznes "şkalası" - Bakıdakı "Şah" restoranı da onun imiş...

Gündəm
 11-12-2023, 16:38     25 942

Respublika Seysmoloji xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin Avropada olan biznesi barədə ötən həftə yerli mediada məlumat yayılmışdı.

Həmin məlumatda Q. Yetirmişlinin xanımının və övladlarının adına təsis edilən çoxsaylı şirkətlərdən bəhs edilirdi.

Qlobal.az-ın əldə etdiyi məlumata görə Respublika Seysmoloji xidmət Mərkəzinin baş direktorunun Bakıda da xeyli sayda biznes obyekti var.

Bu obyektlərdən biri Xətai rayonu, Nəcəfqulu Rəfiyev 25A binasında, İcra hakimiyyətinin binasınin 100 metrliyində «Meridian» MTK-nin tikdiyi binada yerləşən «Şah» restoranıdır.

Məlumata görə «Geo Catering» MMC-yə məxsus olan "Şah" restoranı bina yolunu və zirzəmisini «Meridian» MTK-nin varisi «Meridian-M» MMC-nin rəhbərliyi ilə əlaqəyəyə girib saxta sənədlərlə özəlləşdirib.

"Qurban Yetirmişlinin adamları sakinlər üçün, eni 4 m olan, avtomobil yolunda bir çığır qoyublar. Pilləkənləri dağıdaraq mətbəxlərin tütkeşini yuxarı qaldırıblar. Səsdən və qoxudan yaşamaq mümkün deyil. Restoranın küçəyə baxan hissəsini də zəbt ediblər. Sakinləri bunlar heç veclərinə də almırlar. Sakinlər müraciət etmədikləri qurum qalmayıb. Bütün qurumlar bizə göndərdiyi məktublarda təsdiqləyirlər ki, bu hərəkətlər qanunsuzdur, cifayda, sonda heç kim tədbir görmür".-deyə, məlumatda qeyd edilir.

Məsələ ilə bağlı Respublika Seysmoloji xidmət Mərkəzindən mövqe öyrənə bilmədik.

Qarşı tərəf mövqe bildirə bilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26