Interposta.Info

Xankəndidə polis şöbəsi yaradılıb, müvəqqəti komendantlar təyin edilib

Gündəm
 27-10-2023, 18:17     36 376

Daxili İşlər Nazirliyinin Xankəndi şəhər polis şöbəsinin yaradılıb.

"İnterPosta" xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında bildirib.

General-polkovnik Vilayət Eyvazov oktyabrın 15-də ölkəmizin növbəti dəfə tarixi anların və hadisələrin şahidi olduğunu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xankəndidə, Xocavənddə, Xocalıda və terrorçulardan təmizlənmiş digər ərazilərdə Dövlət bayrağımızı ucaltdığını vurğulayıb.

Vilayət Eyvazov bildirib ki, Xocalı, Tərtər və Xankəndiyə müvəqqəti komendantlar təyin edilib.

Nazir işğaldan azad edilmiş həmin ərazilərdə təhlükəsizliyin və asayişin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüldüyünü, hər bir evin, hər bir binanın və infrastruktur obyektlərinin mühafizəyə götürüldüyünü, qanunsuz silahlı birləşmələrin atıb getdikləri mövqelərdən çoxsaylı silah-sursatın və hərbi texnikanın aşkarlandığını qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26