Interposta.Info

Ermənistanda Vitali Balasanyana qarşı cinayət işi açılıb

Gündəm
 25-10-2023, 17:01     27 781

Ermənistan İstintaq Komitəsi Xankəndidəki qanunsuz rejimin “keçmiş təhlükəsizlik şurasının katibi” Vitali Balasanyana qarşı qanunsuz silah saxlama maddəsi ilə cinayət işinin başlandığını elan edib.

İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib ki, V.Balasanyan “Makarov” tapançasını təhvil verib.

Qor Abramyan faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 335-ci maddəsinin 1-ci hissəsi (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma, göndərmə və ya gəzdirmə) ilə iş açıldığını deyib.
Ermənistan qanunvericiliyinə görə, bu maddə ilə azadlıqdan məhrum etmənin maksimum müddəti üç il təşkil edir./Armeniatoday/oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26