Interposta.Info

Bakıda ƏMƏLİYYAT: Silah və narkotik aşkarlanıb - VİDEO

Gündəm
 20-10-2023, 15:24     39 569

Bakıda silah və narkotik vasitələr aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, oktyabrın 19-da narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 51 fakt aşkar edilib. İctimai yerlərdə narkotik maddələrin təsiri altında olan 82 nəfər saxlanılıb.
Narkotik vasitələrin qrup halında qəbul edildiyi daha beş məkan (oktyabrın 18-də də beş məkan aşkarlanmışdı - red.) müəyyən olunub. Qanunsuz dövriyyədən beş kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb. Bundan əlavə, saxlanılan şəxslərdən bir ədəd “Kalaşnikov” avtomatı, dörd ədəd patron və patron darağı aşkar olunaraq götürülüb.

Aşkarlanan faktlarla bağlı əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26