"Ağdamda məskunlaşma prosesi 2025-ci ilin ortasından başlaya bilər" - Emin Hüseynov
2025-ci ilin ortasından başlayaraq Ağdam şəhərində və onun ətraf kəndlərində məskunlaşma prosesi həyata keçirilə bilər.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib.
"Ağdam şəhərində görüləcək işlərin miqyası çoxdur. Bu gün orada genişmiqyaslı tikinti işləri gedir. Artıq 3 məhəllənin təməli qoyulub. İki məhəllədə artıq işlərə başlanılıb. Bundan sonra daha 3 məhəllə hazırlanaraq, yaxın zamanda təməli qoyulacaq. Gələn ilin əvvəlində bütün bu tikinti işlərinə başlanılacaq. 2025-ci ilin ortasından başlayaraq biz Ağdam şəhərinə və onun ətraf kəndlərinə məskunlaşmanı həyata keçirə bilərik", - deyə E. Hüseynov bildirib./report
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26