Interposta.Info

Ağdam sakinlərinin doğma şəhərlərinə qayıdacaqları il açıqlandı

Ölkə
 21-11-2022, 09:31     252

Ağdam şəhərinin Baş planına uyğun olaraq həm minatəmizləmə sahəsində, həm də infrastrukturun qurulması sahəsində işlər davam edir.

"İnterPosta" xəbər verir ki, bunu AZƏRTAC-ə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan, işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Emin Hüseynov deyib: "Rayonun 23 faizi minalardan təmizlənib. Avtomobil və dəmir yolu, elektrik enerjisi kimi baza infrastruktur layihələri yekunlaşmaq üzrədir.

Bəzi iqtisadi-sosial infrastruktur layihələrinə də başlanılıb. Artıq 1 nömrəli tam orta məktəbin tikintisi yekunlaşmaqdadır. Tarixi-mədəni abidələrin – Ağdam Cümə məscidinin, İmarət kompleksinin restavrasiyası davam edir. Prezident İlham Əliyevin son səfəri zamanı bir neçə layihənin təməli qoyuldu.

Gələn ilin ortalarından etibarən iki yaşayış məhəlləsinin, Ağdam şəhərinin ətrafında 3 kəndin, onun ardınca daha 9 kəndin tikintisinə başlanılacaq.

Bunlar hamısı bu yaxınlarda təsdiq olunmuş Dövlət Proqramının tərkib hissəsidir. Məqsədimiz odur ki, Dövlət Proqramında göstərildiyi kimi 2026-cı ilin sonunadək həm Ağdam şəhərinə, həm də onun ətraf kəndlərinə insanlarımızın qayıtmasını təmin edək”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26