Interposta.Info

Gəncə terrorunun canlı şahidləri: Balaca Bəxtiyar üç il sonra (VİDEO)

Gündəm
 11-10-2023, 14:56     269

Gəncə terrorunun canlı şahidləri Baku TV-yə danışıblar.

Terror hücumu zamanı anası həlak olan Vüsal Xəlilov bu cinayətin törədilməsində əli olanların həbs olunmasının hamı kimi ona da təsəlli verdiyini deyib.

Qanlar içində olmasına baxmayaraq, gülümsəyən və Azərbaycan xalqının qorxmazlıq simvoluna çevrilən Bəxtiyar isə həmin günü belə xatırlayıb:

"Raket atılanda dağıntılar üstümə töküldü. Valideynlərimi oyatdım, qulağım, burnum qanayırdı”.
Bəxtiyarın bacısı Şəhla Heydərli isə qardaşının onu qorumasından bəhs edib:

"Bəxtiyarın üstünə şüşələr töküldü. Mənim ayağım isə tutuldu, yeriyə bilmirdim. Bəxtiyar mənə dedi ki, qorxma, mən sənin yanındayam və məni qucaqladı”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26