Ermənilər Ağdərə şəhərini tərk edir - Marat Yeqanyan
Jurnalist Marat Yeqanyan ermənilərin Ağdərə şəhərini tərk etdiyini bəyan edib.
"İnterPosta" xəbər verir ki, o, bu barədə öz "Facebook" səhifəsində məlumat yayıb .
"Mardakertin (Ağdərə-red.) təxliyəsi davam edir”, deyə Yeqanyan yazır.
Qeyd edək ki, Yeqanyanın məlumatlarının etibarlılığına inanmağa əsas var, çünki radikallığı ilə tanınan bu "jurnalist” Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının ən qızğın əleyhdarlarından biridir. Yeqanyanın məlumatını digər jurnalist Aram Gevorqyan da təsdiqləyib. O, sosial şəbəkələrdə yazıb ki, Ağdərədən mülki şəxslər çıxarılır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26