Interposta.Info

Dövlət Agentliyi "Avromed"ə 4 milyonluq tender verdi

Gündəm
 18-09-2023, 17:28     763

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə maliyyə dəyəri 4 749 807,98 AZN təşkil edən satınalma müqaviləsi imzalayacaq.

Qaynarinfo xəbər verir ki, QSC Agentliyin tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi seçilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Avromed Company” QSC 20 dekabr 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 57000 AZN olan şirkətin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur.

Kamran İskəndərov ötən ilin fevralında "Avromed Company”nin baş direktoru vəzifəsinə təyin olunub. QSC Milli Məclisin deputatı Cavanşir Feyziyevin şirkəti kimi tanınır. O, 2002-2010-cu illərdə QSC-nin baş direktoru vəzifəsində çalışıb.

2020-ci ildə isə şirkətin yaydığı açıqlamada qeyd edilir ki, Feyziyev 2010-cu ilə qədər "Avromed”in direktoru vəzifəsində çalışıb, 2016-cı ildə isə səhmlərini satıb.

Bu ilin əvvəlində "Avromed Company” QSC İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 46 milyonluq tenderinin qalibi olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26