Interposta.Info

Mərhum nazirin şirkətinə 2,5 milyon manat ödəniləcək

 

Paradoks
 14-09-2023, 16:26     1 100

Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi "ATA Texnologiya” MMC ilə maliyyə dəyəri 2 448 584, 96 AZN təşkil edən satlnalma müqaviləsi imzalayacaq.

Şirkət Agentliyin "Saxlanc sistemi üçün disklərin alınması və zəruri İKT avadanlıqlarının təmin edilməsi” ilə bağlı elan etdiyi tenderin qalibi seçilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "ATA Texnologiya” MMC 15 oktyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, ev 102-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yusifov Mais Əmir oğludur.

Şirkətin təsisçisi "ATA Holdinq”dir.

"ATA Holdinq” Azərbaycanın vergilər naziri olmuş mərhum Fazil Məmmədovun şirkəti kimi tanınır. Fazil Məmmədov 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb. O, 2022-ci ildə dünyasını dəyişib./qaynarinfo.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26