Interposta.Info

Maştağa sakini yoldaşının yaxınları tərəfindən hücumlara məruz qaldı - MÜLK DAVASI

Gündəm
 6-08-2023, 23:24     374

Bakı şəhəri, Sabunçu rayonunun Maştağa qəsəbə sakini Xanım Əliyeva redaksiyamıza müraciət edərək bildirir ki, qaldıqları evə yoldaşının yaxınları tərəfindən mütəmadi hücum edilir və onları evdən qanunsuz olaraq çıxarmağa çalışırlar. Vətəndaş məsələylə bağlı polisə də dəfələrlə şikayət ünvanlayıb. Polis qarşı tərəfə xəbərdarlıq etsə də, təəssüf ki, buna məhəl qoyan olmayıb və hücumlar davam edib:


“Yoldaşım Əliyev Şükür Faizeli oğlu Maştağada ata-baba yurdunda doğulub, bu torpağda böyüyüb yaşayır. Yoldaşımın hazırda 30 yaşı var. İki körpə övladımızda bu evdə dünyaya gəlib. Şikayətimizin məğzi bundan ibarətdir ki, yoldaşım Şükür Əliyevin bibisi Nuranə Əliyeva, qardaşı Uğur Əliyev və bacısı Aygün Əliyeva qaldığımız evə gəlib bizə hücum edirlər. Dəfələrlə Nuranə Əliyeva mənə hücum edib. Hətta ağacla məni vurarkən, yoldaşım araya girib məni onlardan qoruyub. Mən özüm hərbçi bacısıyam. Qardaşım hazırda Laçında xidmət edir. Sizdən və aidiyyatı qurumlardan artıq dərəcədə xahiş edirəm ki, ailəmizin təhlükəsizliyi üçün bizə köməklik edəsiniz. Sabunçu rayon Maştağa polis bölməsinə dəfələrlə şikayət etmişik. Yoldaşımın bibisi Nuranə Əliyevaya xəbərdarlıq ediblər ki, bizimlə işi olmasın. Lakin, polis gedəndən sonra yenidən bizə hücum edir və təhqir edir.

Yoldaşımın atası yataq xəstəsi olan zaman Nuranə Əliyeva torpağın sənədlərini baxmaq üçün alıb, lakin qaytarmayıb. Hazırda torpaq heç kimin adına keçirilməyib. Burda əsas varis yoldaşımdır. Qaldığımız evi də yoldaşım əziyyəti ilə tikib. Xahiş edirəm aidiyyatı qurumlar bizə köməklik göstərsinlər”.

PS. Məsələylə bağlı müvafiq qurumlara sorğu göndərmişik. Ümid edirik ki, vətəndaş Xanım Əliyevanın şikayəti araşdırılacaq və müraciəti təmin ediləcək.

İnterPosta.info

Vətəndaş Xanım Əliyeva tərəfindən redaksiyamıza təqdim edilən sözügedən torpağın sənədləri


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26