Interposta.Info

Bakıda ailə münaqişəsi faciəyə səbəb oldu: Ana övladının ölümünə “qisməti belə imiş” dedi (VİDEO)

Gündəm
 29-06-2023, 11:52     431

Küçənin ortasında qadını qovaraq ona təpik atır. Ana isə azyaşlı qızcığazın yanına gələrək qaçmağa başlayır. Bu zaman azyaşlı atasının onu da təpiklə vuracağından qorxaraq anası ilə özünü yola atır. Nəticədə maşının vurduğu uşaq ölür, qadın isə xəsarət alır.

Müvafiq görüntüləri yayılan hadisə 4 gün əvvəl Bakının Balaxanı qəsəbəsində baş verib.

Balaxanı qəsəbəsində əri tərəfindən şiddətə məruz qalan ailənin yaşadığı evə gedib hadisənin detallarını öyrənmək istədik.

Baş verən hadisədən sonra gözüyaşlı bir ananın bizi qarşılayacağını, atanın isə ümumiyyətlə kamera qarşısına çıxmayacağını gözləyirdik. Amma gözlədiyimiz olmadı...

Özündən 28 yaş böyük kişi ilə ailə quran Lalə İsmayılova əri Hümmət Adıgözəlovun hərəkətlərinə hətta haqq qazandırdı.

Lalə baş verənlərə asanlıqla "qisməti belə imiş” deyib keçir. O, şiddətə öyrəşərək yaşadığının, küçələrdən butulka, dəmir-dümür toplayaraq min bir əziyyətlə övlad böyütdüyünün fərqində belə deyil. Elə rəsmi nikahı olmayan, amma 6 ildir birlikdə yaşadığı Hümmət kimi...

Baş verənlərlərə bağlı Ailə, Qadın, Uşaq problemləri üzrə dövlət Komitəsindən bayram günü olduğundan münasibət öyrənmək mümkün olmayıb./"Xəzər TV"

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26