Interposta.Info

Rəvan Nəbizadə barəsində həbs qətimkan tədbiri seçildi

Gündəm
 8-05-2023, 11:51     387


Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, eyni zamanda qazi Namiq Babayev işinin icrası zamanı idmançı Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalmışdı.

"Qafqazinfo”nun məlumatına görə, R.Nəbizadə barəsində həbs qətimkan tədbiri seçilib. Bununla bağlı Binəqədi Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edərək R.Nəbizadə barəsində 1 ay müddətə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Namiq Babayev və Rəvan Nəbizadə hər ikisi Vətən Müharibəsi iştirakçısı olub. Namiq Babayev Xüsusi Təyinatlı Qüvvələrin mənsubudur. 5 medalla təltif olunub. R.Nəbizadə isə döyüş növləri üzrə peşəkar idmançıdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatına görə, sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün komissiyaya gələn Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib. N.Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq izahat verən zaman R.Nəbizadə ona yumruq zərbələri ilə ağır bədən xəsarəti yetirib. N.Babayevin çənə sümüyü sınıb, dişləri qırılıb.

R.Nəbizadə polis tərəfindən saxlanılıb. Barəsində Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26