Interposta.Info

Ali məktəblərə qəbul üçün qeydiyyatdan keçənlərin sayı AÇIQLANDI

Gündəm
 26-04-2023, 21:08     458

Ali təhsilin I-IV ixtisas qrupları üzrə test imtahanına (I cəhd) qeydiyyatdan keçən abituriyentlərin sayı açıqlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, bu gün saat 19:25-ə olan məlumata əsasən 54 233 abituriyent sənəd verib. Onların 48994 nəfəri Azərbaycan, 5239 nəfəri isə rus bölməsi üzrədir.
18 559 nəfər I, 16 240 abituriyent II, 15 327 nəfər III, 4107 nəfər isə IV ixtisas qrupu üzrə qeydiyyatdan keçib.

Qeyd edək ki, 2022-ci il buraxılış və ya test imtahanlarının I mərhələsinin nəticəsi əsasında müsabiqəyə qoşulan abituriyentlərin sayı isə 1187 nəfərdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26