Interposta.Info

Özünü hava limanının işçisi kimi təqdim edib 6 nəfəri aldatdı (VİDEO)

Gündəm
 20-04-2023, 17:28     382

Hava limanında işə düzəltmək adı ilə vətəndaşların pullarını ələ keçirən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "İnterPosta"ya verilən məlumata görə, əvvəllər məhkum olunmuş Rahil Fərəcov Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, Rahil Fərəcov insanların sıx toplaşdığı yerlərdə özünü hava limanının əməkdaşı kimi təqdim edib və həmin yerə işçi axtardığını bildirib. Ona müraciət edən şəxsləri hava limanı ərazisinə gətirib və guya onları işlə təmin edəcəyinə dair yalan vədib. Daha sonra vətəndaşların etibarından sui-istifadə edərək pullarını ələ keçirib. Saxlanılan şəxsin 6 nəfəri aldatdığı müəyyən edilib.

Faktlarla bağlı materiallar məhkəməyə göndərilib. Rahil Fərəcovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə müraciət edə bilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26