Interposta.Info

Ömürlük məhkum kamera yoldaşını öldürüb

Gündəm
 13-04-2023, 11:41     491

Ömürlük məhkum Zahidi Kəhriz Abbasov kamera yoldaşını qətlə yetirib.

Hadisə mübahisə zəminində baş verib.

29 ildir məhkum həyatı yaşayan Zahidi Kəhriz Abbasov mübahisə zəminində eyni kamerada saxlanıldığı Oleq Surxayeviç Abişevə ağır bədən xəsarətləri yetirib. Oleq Abişev bir neçə gün sonra müalicə müəssisəsində vəfat edib.

Zahidi Kəhriz Abbasova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə araşdırılır.

Qeyd edək ki, Zahidi Kəhriz Abbasov 20 yaşında Rusiyada qətl törətdiyinə görə ömürlük məhkum edilib. O, 20 ildən sonra Azərbaycana gətirilib, Qobustanda yerləşən qapalı həbsxanaya köçürülüb./apa

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26