Interposta.Info

Avropada ən çox axtarılan şəxslərdən biri Moskvada saxlanıldı

Gündəm
 5-04-2023, 15:58     281

Avropada ən çox axtarılan şəxslərdən biri olan rusiyalı Ernest Hammer Rusiya paytaxtı Moskvada saxlanılıb.

Ernest Hammer 13 il əvvəl Estoniyada “Cathouse” klubunun ziyarətçisinə bıçaqla hücum etdiyi üçün 4 il həbs cəzasına məhkum edilib.

Lakin o, qaçmağa müvəffəq ola bilib. Həmçinin Ernest Hammer Avropanın ən çox axtarılan adamlarından birinə çevrilib.

Evropol hətta bir müddət Hammerin şəklini zərflərin üzərinə həkk edib və bununla cinayətkara müraciət ünvanlayıb.
“Hörmətli Ernest, biz səni tapmağa çalışdıq, ancaq sən çoxdan haradasa gizlənmisən. Zəhmət olmasa, yenidən bizimlə əlaqə saxla. Ən xoş arzularla, polis”, - deyə müraciətdə qeyd edilib.

40 yaşlı kişi Moskvada kameralar tərəfindən izlənilib. Nəhayət, o saxlanılıb və artıq Estoniya İnterpoluna bu barədə məlumat verilib./“SHOT” “Telegram”/oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26