Interposta.Info

6 yaşına qədər "qız olan" məşhur haqda - Faktlar

Ölkə
 9-09-2017, 07:20     10 472

Dünya şöhrətli amerikalı yazıçı Ernest Heminquey təkcə yaratdığı əsərlərə görə deyil, həm də maraqlı obrazına görə daim diqqət mərkəzindədir.

Kult.az Nobel mükafatlı yazıçı Ernest Heminquey haqda maraqlı məlumatları təqdim edir:

1. Ernest uşaq ikən anası ona qız geyimləri geyindirib və 6 yaşınadək saçını uzadaraq onu hamıya qız kimi tanıdıb. O, 6 yaşından sonra özü buna qarşı çıxıb.

2. İkinci Dünya müharibəsində Heminquey Sovet İttifaqında bir agent kimi fəaliyyət göstərirdi. “Agent Arqo” kod adlı müəllif heç vaxt Sovetlərə məlumat ötürməyib.

3. Heminquey “Günortadan sonra ölüm” adlı kitabına tənqid yazana hücum edərək, onu kitabla vurub.

4. O, 4 dəfə avtomobil, 2 dəfə təyyarə qəzasına uğrayıb. Ernest həmçinin dəri xərçəngi, malyariya, pnevmoniya, diabet və hepatit kimi müxtəlif xəstəliklərdən əziyyət çəkib. Ancaq onların heç birindən ölməyib, ən çox sevdiyi silahla 61 yaşında intihar edib.

5. Floridada hər il “Ernest Heminqueyin bənzəri” yarışması təşkil olunur. Papanın ad günü münasibətilə keçirilən müsabiqə 1981-ci ildən bəri davam edir. Yarışma “Məşhur yazıçıya bənzəyirsinizsə, siz də şansınızı sınayın” şüarıyla keçirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26