Interposta.Info

Naxçıvanda tələbələr üçün bəzi məhdudiyyətlər ləğv edildi

Gündəm
 31-03-2023, 11:57     264

Naxçıvan Dövlət Universitetində tələbələr üçün forma məhdudiyyəti aradan qaldırılıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Belə k, NDU-nun tələbələri dərsə milli-mənəvi dəyərləri, milli mentaliteti qorumaq şərti ilə sərbəst şəkildə geyinib gələ bilərlər. Buna baxmayaraq, bəzi qadağalar universitetdə hələ də gündəmdədir.

Belə ki, yazılan məlumata görə, qızların auditoriyaya qısa ətək, kəsik-kəsik şalvar, qısa köynəklər geyinib gəlməsinə icazə verilmir. Oğlanlar isə seyrək saqqalda gələ bilərlər.

Qeyd edək ki, sadalanan qaydalar həm yerli, həm də xarici tələbələrə şamil edilib.

Xatırladaq ki, yeni qaydaya qədər tələbələr universitetə xüsusi forma ilə gəlirdilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26