Interposta.Info

Nazir sabiq müavininə yeni vəzifə verdi

Gündəm
 30-03-2023, 14:27     269


Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sabiq müavininə yeni vəzifə verib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Muxtar Babayevin müvafiq əmri ilə, Firdovsi Əliyev ekologiya və təbii Sərvətlər nazirinin müşaviri təyin edilib.

Nazirliyin mətbuat katibi İradə İbrahimova təyinat xəbərini təsdiqləyib.

Qeyd edək ki, bu ilin mart ayının 4-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vəzifəsindən azad edilib. Nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva isə ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26