Interposta.Info

Nazir idarə rəisini təqaüdə göndərib - Yeni təyinat

Gündəm
 1-06-2022, 22:34     750

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinə yeni direktor təyin edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Muxtar Babayevin müvafiq əmri ilə Elxan Baxışov sözügedən idarənin rəisi təyin olunub.

Nazirin bir müddət əvvəl imzaladığı müvafiq əmrlə idarənin rəisi Fizuli Babayev yaşa görə təqaüdə göndərilib.

Qeyd edək ki, Fizuli Babayev nazir Muxtar Babayevin əmisi oğludur. O, 09.06.2018-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru vəzifəsində işləyirdi.

Nazirlikdən Qaynarinfo-ya verilən açıqlamada Fizuli Babayevin Muxtar Babayevin əmisi oğlu olmadığı bildirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26