Interposta.Info

Bakıda 15 yaşlı qız itkin düşdü

Gündəm
 24-03-2023, 14:56     359

Bakının Sabunçu rayonunda yeniyetmə itkin düşüb.

“Report”un xəbərinə görə, rayonun Maştağa qəsəbəsi, Daş karxanası massivində yaşayan 15 yaşlı qız itkin düşüb.

Bu barədə onun anası Nailə Hüseynova Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə məlumat verib.
O bildirib ki, 2008-ci il təvəllüdlü övladı Hüseynova Gülnarə Mirəli qızı martın 22-də itkin düşüb.
Faktla bağlı Sabunçu RPİ-nin 14-cü PB-də araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26