Interposta.Info

Azərbaycanda sabiq icra başçısının qardaşı oğlu qəzada öldü

 

Gündəm
 20-03-2023, 15:17     308

Naftalanda sabiq icra başçısının qardaşı oğlu avtomobil qəzasında ölüb.

“Report”un Qərb bürosunun məlumatına görə, 1990-cu il təvəllüdlü Quliyev Cavid Müsəllim oğlunun idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində keçinib.
Qeyd edək ki, C.Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı, həbsdə ölən Nizaməddin Quliyevin qardaşı oğlu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26