Interposta.Info

FHN-in Türkiyədəki hospitallarına zəlzələdən zərərçəkmiş 1700-ə yaxın şəxs müraciət edib

Gündəm
 24-02-2023, 18:53     405

"Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Türkiyənin Kahramanmaraş şəhərində fəaliyyət göstərən mobil səhra hospitallarına indiyədək zəlzələdən zərərçəkmiş 1700-ə yaxın şəxs müraciət edib".

Bunu "Report"un Türkiyəyə ezam olunan əməkdaşına açıqlamasında nazirliyin Tibb Mərkəzinin poliklinika şöbəsinin terapevti tibb xidməti kapitanı Qurban Eyvazov deyib.

O bildirib ki, müracət edənlər müayinə və müalicə olunublar, onlara ilkin yardım göstərilib və təyinatlar verilib:

"Hazırda da hospitallara müraciət edənlər davam edir".

Qeyd edək ki, fevralın 9-dan etibarən Türkiyənin zəlzələ bölgəsində, Kahramanmaraş şəhərində Fövqəladə Hallar Nazirliyinin ilk mobil səhra hospitalı fəaliyyət göstərir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26