Interposta.Info

Azərbaycanlı tələbə bacılar dağıntılar altından çıxarıldılar

Gündəm
 6-02-2023, 12:20     284

Türkiyədə baş verən zəlzələdə azərbaycanlılar da xəsarət alıblar.

Bu barədə Redaktor.az-a Türkiyədə yaşayan jurnalist Nigar Ögeday məlumat verib.

Onun sözlərinə görə, Kahramanmaraş rayonu, İsmetpaşa məhəlləsi, Trabzon prospektindəki binanın dağıntıları altından Sütçü Universitetinin tələbələri Gülşən və Jalə Cəfərova bacıları çıxarılıblar.

“Onların hazırda hansı xəstəxanaya aparıldıqlarını araşdırıram. Telefonları dağıntılar altında qaldığı üçün əlaqə yaratmaq mümkün deyil. Sadəcə olaraq, onlarla birlikdə xilas edilən başqa bir soydaşımızın dediyinə görə, vəziyyətləri orta-ağır olub, hara aparıldıqları barədə onun da məlumatı yoxdur. Gün ərzində sizə yeni məlumatlar göndərəcəyəm”, - deyə həmkarımız əlavə edib.

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 1710 bina dağılıb, azı 284 nəfər həlak olub, 2323 nəfər yaralanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26