Interposta.Info

82 nəfəri aldadan şirkət rəhbərləri məhkəməyə çıxarılır

Gündəm
 24-01-2023, 11:55     462

"Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativi ilə bağlı açılan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Qaynarinfo-nun məlumatına görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə "Sahil-S İnşaat" MTK-nın sədri vəzifəsində işləmiş Alaverdiyev Taley Şamil oğlu və "GG Company" MMC-nin direktoru Kərimov Pənah Sudeib oğlu ilə qabaqcadan əlbir olaraq, rəhbərlik etdikləri MTK tərəfindən inşa olunmuş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "A-B" massivində yerləşən yüksək mərtəbəli yaşayış binasında mənzil almaq üçün müraciət etmiş vətəndaşlara mənzillərin qanuni sahibləri olduğu halda saxta müqavilə və maliyyə arayışları tərtib edib vəzifə saxtakarlığına yol verərək, çoxsaylı şəxslərin külli miqdarda pul vəsaitlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İbtidai istintaqın yekununda 82 nəfər zərərçəkmiş qismində tanınıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Məmmədovun sədrliyi ilə baxılacaq.

Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26