Interposta.Info

Azərbaycanın general-polkovnikləri (SİYAHI)

Gündəm
 26-12-2022, 17:19     602

General-polkovnik Azərbaycanın güc strukturlarında ən yüksək rütbə sayılır.

Bu rütbəni ölkənin müdafiə, fövqəladə hallar, daxili işlər nazirləri, o cümlədən baş prokuror, xidmət rəisləri və başqaları daşıyır.

General-polkovnik rütbəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla təyin olunur.

Hazırda vəzifə başında olan və istefaya göndərilən general-polkovnik rütbəsini daşıyan şəxslərin siyahısı belədir:

1. Zakir Həsənov - Müdafiə naziri

2. Bəylər Əyyubov - Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi

3. Ramil Usubov - Prezident yanında Təhlükəsizlik Şurasının katibi

4. Kərim Vəliyev - Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini

5. Əli Nağıyev - Dövlət Təhlükəsizlik Xidmətinin rəisi

6. Vilayət Eyvazov - Daxili işlər naziri

7. Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri

8. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi

9. Mədət Quliyev - Müdafiə sənayesi naziri

10. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri

11. Kərəm Mustafayev - Əlahiddə Ümumqoşun Ordu komandanı

12. Vaqif Axundov - Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi

13. Səfər Mehdiyev - Dövlət Gömrük Komitəsinin sabiq sədri

14. Zakir Qaralov - Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri

15. Nəcməddin Sadıqov - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik

16. Səfər Əbiyev - Eks-müdafiə naziri

17. Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri

18. Namiq Abbasov - Sabiq milli təhlükəsizlik naziri (1995-2004)

19. Fazil Məmmədov - Sabiq Vergilər naziri (I dərəcəli dövlət vergi xidməti müşaviri)

20. Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)/qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26