Interposta.Info

Bu gün vəfat edən hərbçilərin FOTOLARI

Gündəm
 14-12-2022, 18:51     313

Öncədən xəbər verdiyimiz kimi, bu gün DSX-nin hərbçisi, Qubadlıda yerlən N saylı hərbi hissəsində ürək tutmasından, Müdafiə Nazirliyinin hərbçisi isə Ağdamda yerləşən N saylı hərbi hissəsində özünü gülləyərək vəfat edib.

"İnterPosta"nın məlumatına görə, jurnalist Həbib Müntəzir hər iki hərbçinin fotosunu paylaşıb. Fotoda sağdakı DSX-nın Qubadlı N saylı hərbi hissəsinin hərbçisi, 2004-cü il təvəllüdlü İmişlinin Aranlı kənd sakini Ələkbərli Miran Qamət oğlu ürəktutmasından vəfat edib.

Müdafiə Nazirliyinin Ağdam N saylı hərbi hissəsinin hərbiçisi, soldakı foto şəkildə olan 2004-cü il təvəllüdlü Lənkəranın Liman şəhər sakini Əsgərli Aslan Əkbər oğlunun silahdan atəş açmaqla özünü öldürdüyü deyilir.

Hər iki hadisə rəsmi olaraq dövlət qurumları tərəfindən təsdiqlənib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26