Interposta.Info

Daha bir vəzifəli şəxs barəsində həbs qərarı çıxdı

 

Gündəm
 6-12-2022, 09:41     354

Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboy rayonunda rüşvət almada təqsirləndirilən E.Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

"İnterPosta" "pravda.az"a istinadən xəbər verir ki, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Ətraflı

Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, E.Cəfərov Goranboy rayonunun Düzqışlaq bələdiyyəsinin sədri vəzifəsində çalışarkən 2020-ci ilin iyun 33 ha torpaq sahiəsinin icarəyə verilməsi üçün vətəndaşdaşdan 7 min manat rüşvət alıb. Lakin sonradan o, verdiyi vədə əməl etməyib. Daha sonra vətəndaş Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib və E.Cəfərov həbs olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26