Interposta.Info

"Erməni təxribatçıları ilə əlbəyaxa döyüşlərimiz oldu" (VİDEO)

Gündəm
 22-09-2022, 11:46     131

Ailəsi və sevdiyi xanım Zaqatalada onun yolunu gözləyir. Hər gün telefonla danışır, dua edir, amma gerçəklərdən xəbərsizdirlər. Barəsində danışdığımız İlkin hazırda Dövlət Sərhəd Xidmətinin Hərbi Hosbitalında müalicə alır.

O deyir ki, günlərdir bütün doğmalarına "bir balaca" yalan danışıb. Lakin indi vəziyyəti çox yaxşıdır, elə buna görə də "Xəzər Xəbər" vasitəsilə gerçəkləri dilə gətirir.

Dövlət Sərhəd Xidmətinin Hərbi Hosbitalının rəisi Şükür Eyvazov deyir ki, İlkin hosbitala xüsusi ayrılmış helikopter ilə gətirilib.

Hosbitalda olan digər sərhədçilərimiz - Bəhram və Anar isə yaralı döyüş yoldaşlarını xilas edərkən düşmən gülləsinə tuş gəliblər.

Təbriz və İlkinin xilaskarı isə öz gizir yoldaşları olub.

Şükür Eyvazov bildirir ki, son döyüşlərdə Dövlət Sərhəd Xidmətinin 30 hərbi qulluqçusu yaralanıb. Onlardan 16-ı sağalaraq evə buraxılıb, 14 nəfərin müalicəsi hazırda davam etdirilir.

Vəziyyəti ağır olan yoxdur, 2 nəfər isə orta - ağır olduğu üçün reanimasiyadadır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26