Interposta.Info

Keçmiş prokurorun qardaşının bankı məhkəməyə verilib

Gündəm
 9-09-2022, 20:35     475

Ləğv prosesində olan "Amrahbank” Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində inzibati iş başlanıb.

Qaynarinfo xəbər verir ki, ASC İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə ittiham olunur.

İşə Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində qeyd edilir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

"Amrahbank” ASC 28 dekabr 1993-cü ildə təsis edilib. Nizamnamə kapitalı 39 844 400 AZN olan ASC-nin qanuni təmsilçisi Piriyev Tural Qüdrət oğludur.

2020-ci ildə Mərkəzi Bank "Amrahbank” ASC-nin lisenziyasını ləğv edib.

"Amrahbank” ASC Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadənin qardaşı Yunis İldırımzadədir. O, həm də bankın Müşahidə Şurasının sədri vəzifəsini daşıyıb. Oğlu Ülvi İldırımzadə isə onun müşaviri olub.



Yusif İldırımzadə

"Amrahbank” bağlanandan sonra Ülvi İldırımzadə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan yoxlamalar nəticəsində saxlanılıb, daha sonra ev dustaqlığına buraxılıb.

Yusif və Yunis İldırımzadələr mərhum publisist Əli İldırımoğlunun övladlarıdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26