Interposta.Info

Ermənilər Laçında qəbiristanlıqları da yandırıblar (VİDEO)

Gündəm
 8-09-2022, 10:02     358

Azərbaycanın nəzarətinə keçən Laçın şəhərində ermənilərin qəbiristanlıqları yandırdıqları ilə bağlı görüntülər yayılıb.

"İnterPosta" AzTV-yə istinadla xəbər verir ki, "Vandal zehniyyətin daha bir nümunəsi: ermənilər Laçında məzarlıqları yandırdılar" adlı reportajda ermənilərin Laçın şəhərini tərk etməmişdən buradakı evlər, yaşayış binaları, meşələr və hətta qəbiristanlıqlara od vurduğu əks olunur.

Bu yaxınlarda məşhur fotojurnalist Reza Deqatinin Laçında apardığı çəkilişlər də süjetdə yer alıb.

Fotojurnalist burada ermənilərin azərbaycanlıların qəbirlərini təhqir etməsini, onların şəhərdə yandırdıqları evləri, meşələri və qəbiristanlıqları lentə alıb.

R.Deqati bildirib ki, Azərbaycan torpaqlarının ermənilər tərəfindən 30 illik işğalı zamanı 1 milyona yaxın azərbaycanlı öz evlərini tərk etmək məcburiyyətində qalıb, həmçinin ermənilər azərbaycanlıların qəbiristanlıqlarını yandırıb, evlərini talan ediblər. Buradakı azərbaycanlıların qəbirləri qazılıb və onların qızıl dişləri çıxarılıb.

Reportajı təqdim edirik:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26