Interposta.Info

Qrup biriciləri bu universitetlərin tələbəsi oldular - SİYAHI

Gündəm
 31-08-2022, 23:30     472

Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Qəbul imtahanlarından uğurla keçmiş abituriyentlərin təhsil alacaqları universitetlər artıq məlumdur.

Modern.az müvafiq ixtisas qrupları üzrə ən yüksək nəticə göstərən abituriyentlərin qəbul olduqları ali təhsil müəssisələri və ixtisasları təqdim edir.


Birinci ixtisas qrupu üzrə ən yüksək nəticə 697.5 bal olub. Bu göstərici Ağcabədi rayonu Rəncbərlər kənd orta məktəbinin məzunu Sadıqlı Nərmin Arif qızına məxsusdur. O, ali məktəblərə qəbul üzrə ixtisas seçimində Azərbaycan-Fransız Universitetinin (UFAZ) Geofizika mühəndisliyi ixtisasını üstün tutub və həmin təhsil ocağına qəbul olunub.

II ixtisas qrupu üzrə ən yüksək nəticəni 681.4 balla Bakı şəhər Akademik Zərifə Əliyeva adına Liseyin məzunu Aydan Eyvazova əldə edib. O, təhsilini Bakı Ali Neft Məktəbinin Biznesin idarə edilməsi ixtisası üzrə davam etdirəcək.

Bu il III ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən abituriyent Şamaxı şəhər 1 saylı orta məktəbin məzunu Nərmin Fərzaliyevadır. O, 666.6 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisasını seçib.

Builki imtahanlarda cəmi bir məzun maksimum (700 bal) nəticə göstərib. IV ixtisas qrupu üzrə qəbul imtahanında 400 bal toplayan Bakı şəhər 125 saylı orta məktəbin məzunu Ağazadə Nigar Əhədulla qızı hər iki mərhələnin ümumi nəticəsinə əsasən rekorda imza atıb.

700 balla ölkə birincisi olan Nigar Ağazadə Ankara Universitetinin Tibb fakültəsinə qəbul alıb və təhsilini Türkiyədə davam etdirməyə qərar verib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26