Interposta.Info

Masallıdakı yanğın lokallaşdırılıb - YENİLƏNİB + FOTO/VİDEO

Gündəm
 26-08-2022, 16:39     330


Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın lokallaşdırılıb.

Bu barədə “Report”un Cənub Mərkəzinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Yanğından Mühafizə Xidmətinin rəisi Qabil Nehmətov tərəfindən məlumat verilib.

O bildirib ki, yanğının daha geniş ərazilərə yayılmasının qarşısı alınıb:

“Hazırda 8204 ha meşə zolağından 5,5 ha yanıb. Yanğın zamanı əsasən dəmirağacı, palıd, vələs və.s ağaclar yanıb. Hazırda yanğının hansı səbəbdən baş verməsi araşdırılır. Yanğın olan ərazi tam nəzarətə götürülüb”.

13:08

Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları iştirak edir.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.







Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26