Interposta.Info

Ukraynadan Azərbaycana 39 sürücü təxliyə edildi

Gündəm
 11-04-2022, 13:53     320


Bu günə qədər Azərbaycana Ukrayna ərazisindən 36 yük nəqliyyat vasitəsi üzrə 39 sürücü təxliyə edilib.

Bu barədə "İnterPosta"ya Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından bildirilib.

Məlumatda qeyd edilib ki, Rusiya-Ukrayna müharibəsi zamanı Ukrayna ərazisində olan azərbaycanlı sürücülər çətin və təhlükəli vəziyyətdə qalmışdı:

"Hadisələrin ilk günündən Azərbaycan höküməti tərəfindən həmin sürücülərin təxliyəsi ilə bağlı işlərə başlanıb. Təxliyə ilə bağlı təhlükəsiz marşrut müəyyən edildikdən sonra həmin sürücülər Ukrayna hüdudlarından çıxarılıb. TIR sürücüləri Moldova-Rumıniya-Bolqarıstan-Türkiyə-Gürcüstan marşrutu üzrə ölkəyə gəliblər”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26