Saakaşvili xüsusi təyinatlı dəstə tərəfindən Ukraynadan çıxarılıb –
Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Kiyevdəki restoranlardan birində saxlanılıb.
“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə siyasətçinin silahdaşı, Ukrayna Ali Radasının üzvü Yuri Derevyanko bildirib.
Onun sözlərinə görə, M.Saakaşvilini “Suluquni” restoranında xüsusi təyinatlı dəstə saxlayıb.
M. Saakaşvilinin saxlanılması faktını Ukrayna Daxili İşlər Nazirliyindən də təsdiq ediblər.
Saakaşvili daha sonra Ukrayna ərazisindən çıxarılıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bundan öncə qaldığı ölkəyə – Polşaya göndərilib.
Ukrayna Dövlət Sərhəd Xidməti xəbəri təsdiqləyib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26