Interposta.Info

Daha 630 nəfər koronavirusa yoluxdu

 

Gündəm
 8-01-2022, 16:55     332

Azərbaycanda ötən sutkada koronavirus (COVID-19) infeksiyasına 630 yeni yoluxma faktı qeydə alınıb, 521 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 620 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 605 058 nəfər müalicə olunaraq sağalıb, 8 437 nəfər vəfat edib. 7 184 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 262, bu günə qədər isə ümumilikdə 5 933 628 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 32306 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3188, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3869, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25249 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11471597, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5181783, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4692515, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 597299 təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26