Interposta.Info

Nazirlik Eldar Həsənovdan 18,5 milyon manat tələb edir 

Gündəm
 7-01-2022, 16:17     99

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovdan 18 milyon 500 min manatın ödənilməsini istəyib.

"İnterPosta" xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Eldar Həsənovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror çıxışında bildirib ki, Elar Həsənova məxsus Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən bağ evi və torpaq sahəsi, Nəsimi rayonunda yerləşən mənzil, Nərimanov rayonunda yerləşən mağaza, Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi, Xətai rayonunda yerləşən fərdi yaşayış evi həmçinin Monteneqroda yerləşən mənzil müsadirə edilməlidir.

Digər zərərçəkmiş qismində tanınmış Maliyyə Nazirliyinin nümayəndəsi də dəymiş ziyanın tam ödənilməsini xahiş edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26