Interposta.Info

Qaraheybətdəki helikopter qəzasının səbəbləri açıqlanır - CANLI YAYIM

Gündəm
 20-12-2021, 12:16     139

gün noyabrın 30-da hərbi helikopterin təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair brifinq keçirilir.

"Unikal"ın məlumatına görə, brifinqdə Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi, baş ədliyyə müşaviri Nemət Əvəzov, Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, o cümlədən helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri, Sənan Paşayev, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, ədliyyə müşaviri Tural Aslanov və Mətbuat xidmətinin rəhbəri, kiçik ədliyyə müşaviri Günay Səlimzadə iştirak edirlər.


Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 hərbi təyinatlı helikopteri Xızı rayonu ərazisindəki Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdə olan 16 nəfərdən 14-ü şəhid olub, iki hərbçimiz isə yaralanıb.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 352.2 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olmaqla uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ) və digər maddələri ilə cinayət işi başlanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26