Interposta.Info

Güney Azərbaycan şəhərlərində məhkəmə işçiləri aksiya keçirdi (FOTO)

Gündəm
 28-10-2021, 13:54     374


Güney Azərbaycanın Həmədan və Zəncan şəhərlərində, həmçinin Qərbi Azərbaycan əyalətləri və İranın bir neçə digər şəhərində məhkəmə orqanlarının əməkdaşları etiraz aksiyası keçiriblər.

"İnterPosta" Oxu.az-a istinadən xəbər verir ki, məhkəmə binalarının qarşısına toplaşan narazılar məhkəmə işçiləri hökumətdən əməkhaqlarının artırılmasını və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.

Onlar qaldırdıqları sosial tələblərə hökumət tərəfindən biganə münasibət sərgilənməsinə etiraz ediblər.

Məhkəmə işçiləri aksiya zamanı bildirib ki, ölkədə hökm sürən inflyasiya ilə aldıqları əməkhaqqı arasında mütənasiblik yoxdur.

Məhkəmə işçiləri mövcud sosial durumdan narazılıqlarını ifadə ediblər.

Narazı aksiya işçirakçıları həbsxana işçilərinə daha çox diqqət göstərildiyi, xüsusi imtiyazlar tanındığı halda, bunun onlara şamil edilmədiyini deyib, hüquqlarının təmin edilməsini istəyiblər.

Etirazçılar bunu ayrı-seçkilik kimi dəyərləndirib, bunun aradan qaldırılmasını tələb ediblər.

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26