Interposta.Info

Bakıda polis dəmiryığana fiziki təzyiq göstərib? - AÇIQLAMA

Gündəm
 30-03-2021, 09:13     182

Daxili İşlər Nazirliyi (DİN) Bakıda vətəndaşın polis tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntüləri araşdırıb.

Dİ̇N-in mətbuat xidmətindən "İnterPosta"ya verilən məlumata görə, vətəndaşa qarşı hər hansı fiziki təzyiq göstərilməyib, iddiallar əsassızdır.

Qanunsuz əlvan metal daşıdığı üçün Nərimanov rayonu ərazisində Bakı şəhər BPİ DYPİ-nin yol patrul xidmətinin əməkdaşları tərəfindən Vüqar Mahmudovun idarə etdiyi VAZ 21-011 markalı avtomobilə “saxla” işarəsi verilib. Sürücü yol polisinə tabesizlik göstərərək polisin qanuni tələblərindən müxtəlif vasitələrlə yayınmağa çalışıraq, yanında olan azyaşlı övladına bərkdən-bərkdən qışqırmağı, yaxınlıqda olan vətəndaşların diqqətini cəlb etməyi tapşırıb.

Tabesizlik göstərən sürücü əraziyə çağırılan Əlahiddə Çevik Polis Alayının naryad qrupu tərəfindən Nərimanov RPİ 17-ci Polis Şöbəsinə təhvil verilib.

Qeyd olunan hərəkətlərdə polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğundan fakta görə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddələri ilə onun barəsində toplanmış matereallar baxılması Nərimanov Məhkəməsinə göndərilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26