Interposta.Info

Bakı polisindən Ənvər Cəlilovun təzyiqə məruz qalması ilə bağlı açıqlama

Ölkə
 1-02-2020, 17:28     340

"Özünü Həqiqət Sosialist Hərəkatın üzvü kimi təqdim edən Ənvər Cəlilovun polis tərəfindən təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır".

"İnterPosta.info"nun məlumatına görə, bunu "Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

"Hamı yaxşı bilir, indi bu, sirr deyil, belə şəxslərin polis təzyiqilə iddiallar səsləndirməsində məqsədi siyasi dəhlizlərdə öz reputasiyasını artırmağa yönələn uydurmadır, böhtandır.

Bu gün sosial medianın imkanları hesabına özünü qəhrəmanlaşdıran şəxslərin müxtəlif bəhanələrlə polisə qarşı virtual hücumlar etməsində məqsəd məlumdur. Bu şəxslər öz təbliğatlarını əsasən polisə ləkə vurmaqla sosial media üzərində qururlar. Sual edirəm, qanunu pozmayan şəxslə polisin nə işi var?" - E.Hacıyev qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26