Interposta.Info

Azərbaycanda yoluxma 1200-ə yaxınlaşdı - 14 nəfər öldü

Gündəm
 20-03-2021, 18:36     568

Azərbaycan Respublikasında koronavirusa daha 1 187 yeni yoluxma qeydə alınıb, 306 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə "İnterPosta"-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 245 490 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 534 nəfər müalicə olunaraq sağalıb, 3 339 nəfər vəfat edib, aktiv xəstə sayı 9 617 nəfərdir.

Son sutka ərzində 11 692 , hazırkı dövrədək isə 2 768 149 test aparılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26