Interposta.Info

Azərbaycanda yoluxma 350-ni keçdi

Ölkə
 2-03-2021, 15:38     389

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 235 014 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 228 982 nəfər müalicə olunaraq sağalıb, 3 225 nəfər vəfat edib, aktiv xəstə sayı 2 807 nəfərdir.

Ölkədə son sutka ərzində 7996, hazırkı dövrədək isə 2610880 test aparılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26